Bank Of Baku

Azərbaycan yığması Norveçi məğlub edib

Azərbaycan yığması Norveçi məğlub edib
# 31 may 2007 08:04 (UTC +04:00)
Futbol üzrə 19 yaşlılardan ibarət Azərbaycan yığması Avropa çempionatının seçmə mərhələsi çərçivəsində ikinci qrup oyunlarında mübarizəyə qələbə ilə başlayıb. “APA-Sport” agentliyinin məlumatına görə, Arif Əsədovun baş məşqçisi olduğu millimiz Norveçdə meydan sahiblərini 2:1 hesabı ilə məğlub edib. Fasiləyə hesabda 0:1 geridə yollanan yığmamız ikinci hissədə iki qol vuraraq, əzmkar qələbə qazanıb. Komandamızdan hər iki qolun müəllifi “Olimpik” klubunun hücumçusu Nizami Hacıyev olub. Qrupun digər oyununda son Avropa çempionu İspaniya İslandiyanı 3:2 hesabı ilə məğlub edib. Komandamız sabah İspaniya ilə görüşəcək. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR