Bank Of Baku

Rasim Kara: “İlqar Qurbanovu transfer etmək planlarıma daxil deyil”

Rasim Kara: “İlqar Qurbanovu transfer etmək planlarıma daxil deyil”
# 31 may 2007 08:47 (UTC +04:00)
“İlqar Qurbanovu transfer etmək planlarıma daxil deyil”. Bu sözləri “APA-Sport” agentliyinə açıqlamasında “Qaraba𔝠klubunun baş məşqçisi Rasim Kara bildirib. Hazırda vətəni Türkiyədə olan çalışdırıcı “Xəzər-Lənkəran”dan qovulan 21 yaşlı İ.Qurbanovu “Qarabağ”a gətirmək fikrində olmadığını bildirib: “Transfer etmək istədiyimiz futbolçular arasında İlqarın adı yoxdur. Biz kifayət qədər gənc futbolçu transfer etmişik. Artıq komandaya gənc futbolçuların keçidini yekunlaşdırırıq. “Qarabağ”a təcrübəli futbolçular lazımdır. Ən əsası, legionerlərlə güclənməyə ehtiyacımız var. Hazırda İstanbulda bu məsələlərlə məşğul oluram. Bir-iki legioneri heyətimizə qatmaqla, transferlərimizi başa vuracağıq”.
Qeyd edək ki, İ.Qurbanov “Xəzər-Lənkəran”a 2005-ci ilin əvvəlində R.Karanın təşəbbüsü ilə “Fənərbaxça”nın əvəzedici komandasından transfer olub. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR