Bank Of Baku

David Loriya: “Ermənistan və Azərbaycan milliləri eyni səviyyəli komandalardır”

David Loriya: “Ermənistan və Azərbaycan milliləri eyni səviyyəli komandalardır”
# 31 may 2007 09:14 (UTC +04:00)
“Doğma divarlar arasında məni yalnız qələbə qane edir”. “APA-Sport” agentliyinin məlumatına görə, bu sözləri Qazaxıstan milli komandasının hücumçusu Murat Suyumaqambetov deyib. Futbolçu iyunun 2-də Ermənistan, bundan dörd gün sonra Azərbaycanla keçirəcəkləri oyunlar barədə danışarkən qeyd edib ki, hər iki görüşdə komandası meydana qələbə üçün çıxacaq. Qapıçı David Loriya isə öz meydanlarında məğlubiyyətlərinin mümkünsüz olduğunu vurğulayıb: “Ermənistan və Azərbaycan milliləri təqribən eyni səviyyəli komandalardır. Azarkeşlərin ümidlərini puça çıxarmamağa çalışacağıq. Evdə oynayacağımızdan, uduzmağa haqqımız yoxdur”. Müdafiəçi Samat Smakov da fikirlərini bölüşüb: “Serbiya üzərindəki qələbədən sonra pis oyun nümayiş etdirsək, azarkeşlərimiz bizi bağışlamazlar”. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR