Bank Of Baku

Nazim Süleymanov Ermənistan yığmasının oyununu izləyəcək

Nazim Süleymanov Ermənistan yığmasının oyununu izləyəcək
# 31 may 2007 09:40 (UTC +04:00)
İyunun 2-də Bakıda Polşa yığması ilə oyuna hazırlıq prosesində iştirak edən milli komandamızın seleksiyaçı məşqçisi Nazim Süleymanov səfərə hazırlaşır. “APA-Sport” agentliyinin məlumatına görə, N.Süleymanov sabah səhər saatlarında Bakı-İstanbul-Almatı reysi ilə Qazaxıstana yollanacaq. Seleksiyaçı məşqçi Qazaxıstanın Ermənistan millisi ilə iyunun 2-də keçiriləcək görüşünü izləyəcək. Bu qarşılaşmanın videokasetini Azərbaycana göndərəcək N.Süleymanov iyunun 6-da Almatıda görüşəcəyimiz Qazaxıstan yığması haqda apardığı qeydləri baş məşqçi Şahin Diniyevin diqqətinə çatdıracaq. Sentyabrda 8-də və 12-də Ermənistanla keçirilməsi nəzərdə tutulan oyun haqda da məlumat toplayacaq N.Süleymanov Qazaxıstanda bir neçə gün olacaq. Belə ki, Qazaxıstan-Ermənistan oyunundan sonra da Almatıda qalacaq N.Süleymanov milli komandamızın Qazaxıstana gəlməsini gözləyəcək. N.Süleymanov milli komandamızın da məskunlaşacağı “Qrand Ayser” otelində qalacaq.
Qeyd edək ki, millimiz Qazaxıstana iyunun 5-də 9:00-da çarter reysi ilə yollanacaq. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR