Bank Of Baku

Avropa çempionatında Azərbaycan bir qadın güləşçi ilə təmsil olunacaq

Avropa çempionatında Azərbaycan bir qadın güləşçi ilə təmsil olunacaq
# 31 may 2007 09:40 (UTC +04:00)
İyunun 26-da Serbiyanın paytaxtı Belqradda start götürəcək gənc güləşçilər arasında növbəti Avropa çempionatında ölkəmizi bir xanım idmançı təmsil edəcək. Bu barədə “APA-Sport” agentliyinə qadınlardan ibarət milli komandanın baş məşqçisi Nazim Əlicanov məlumat verib. N.Əlicanovun sözlərinə görə, bu nüfuzlu yarışın mükafatları uğrunda Sona Əhmədli (59 kq) mübarizə aparacaq. Millinin belaruslu legioneri Yuliya Radkeviçin (55 kq) yaşı çox olduğu üçün Avropa çempionatında çıxış edə bilməyəcək.
Qeyd edək ki, cüdo ilə məşğul olan S.Əhmədli bu sahədə ciddi uğur qazana bilmədiyindən, sərbəst güləşə üstünlük verib. O, ilk nailiyyətini az öncə Türkiyənin İzmir şəhərində keçirilən beynəlxalq turnirdə çempion olmaqla qazanıb. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR