Bank Of Baku

Polşa yığmasının Azərbaycanla oyun üçün start heyəti müəyyənləşib

Polşa yığmasının Azərbaycanla oyun üçün start heyəti müəyyənləşib
# 31 may 2007 10:07 (UTC +04:00)
Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində Bakıda Azərbaycan milli komandası ilə qarşılaşacaq Polşa yığmasının start heyəti məlum olub. “APA-Sport” agentliyinin Polşa mətbuatına istinadən verdiyi xəbərə görə, qonaq komanda iyunun 2-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyuna 4-4-2 taktiki düzülüşü ilə çıxacaq. Qapını Artur Boruts (“Seltik”, Şotlandiya) qoruyacaq. Onun qarşısında Martsin Vasilevski (“Anderlext”, Belçika), Yatsek Bak (“Əl-Rəyyan”, Qətər), Mixal Jevlyakov (“Olimpiakos”, Yunanıstan) və Qjeqoj Bronovitskidən (“Legiya”) ibarət müdafiə “kvarteti” duracaq. Yarımmüdafiənin mərkəzində Dariuş Dudka (“Visla”) və Mariuş Levandovski (“Şaxtyor”, Ukrayna), sol cinahda Yatsek Krjınovek (“Volfsburq”, Almaniya), sağda Yakub Blaşikovski (“Visla”) yer alacaq. Hücum xətti isə Eysebiuş Smolyarek (“Borussiya” Dortmund, Almaniya) və Matey Juravskiyə (“Seltik”, Şotlandiya) etibar ediləcək.
Qeyd edək ki, Azərbaycan Polşa matçı saat 21:00-da başlanacaq. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR