Bank Of Baku

Azərbaycan Polşa görüşünü Ramil Usubovla Yanuş Koçmarek də izləyəcək

Azərbaycan  Polşa görüşünü Ramil Usubovla Yanuş Koçmarek də izləyəcək
# 31 may 2007 11:52 (UTC +04:00)
Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində iyunun 2-də keçiriləcək Azərbaycan Polşa görüşünü izləyənlər arasında hər iki ölkənin daxili işlər nazirləri Ramil Usubovla Yanuş Koçmarek də olacaq. “APA-Sport” agentliyinin məlumatına görə, sabah ölkəmizə rəsmi səfərə gələcək Y.Koçmarek azərbaycanlı həmkarı R.Usubov və digər hökumət rəsmiləri ilə görüşdükdən sonra oyunun keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionuna yollanacaq. Artıq stadionun VİP-lojasında nazirlər üçün xüsusi yer ayrılıb.
Qeyd edək ki, Azərbaycan Polşa matçı saat 21:00-da başlanacaq. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR