Bank Of Baku

Leo Beenhaker: “Azərbaycan yığmasının öz meydanında istənilən rəqibə ciddi müqavimət göstərdiyini bilirik”

Leo Beenhaker: “Azərbaycan yığmasının öz meydanında istənilən rəqibə ciddi müqavimət göstərdiyini bilirik”
# 31 may 2007 16:57 (UTC +04:00)
APA-Sport” agentliyinin məlumatına görə, polşalıları gətirən təyyarənin saat 16:30-da Heydər Əliyev adına Beynəlxalq Hava Limanına enəcəyi deyilsə də, 18:20-da çatıb. Polşalılardan ilk olaraq, jurnalistlər qarşısına çıxan Ukraynanın “Şaxtyor” klubunun yarımmüdafiəçisi Mariuş Levandovski bildirib ki, komandasını Azərbaycan yığması ilə görüşdə heç-heçə qane etmir: “Bakıya yalnız qələbə üçün gəlmişik. Bizə isti hava şəraiti deyil, azarkeşlər problem yarada bilər”. Hava limanını sonuncu tərk edən Polşa millisinin hollandiyalı baş məşqçisi Leo Beenhaker də Bakıya üç xal dalınca gəldiklərini gizlətməyib: “Bakıda yalnız qələbə uğrunda mübarizə aparacağıq. Komandamda əhval-ruhiyyə yüksəkdir. Hava şəraiti ilə bağlı problemimiz yoxdur. Bir sözlə, oyuna ciddi hazırlaşmışıq. Azərbaycan yığmasının öz meydanında istənilən rəqibə ciddi müqavimət göstərdiyini bilirik. Bunu martın 24-də Bakıda Finlandiya üzərində qazanılan qələbə də sübut edir”. Baş məşqçi bununla yanaşı, heç vaxt Ermənistan yığmasının Azərbaycandan güclü olduğu barədə fikir bildirmədiyini söyləyib. L.Beenhaker sözlərinin təhrif olunduğunu qeyd edib. Polşalılar AFFA-nın onlara ayırdığı xüsusi avtobusla qaldıqları “Hyatt Regency” otelinə yollanıblar. Polşa yığması millimizlə oyun üçün son məşqini sabah saat 20:00-da Respublika stadionunda keçirəcək. /APA-Sport/





1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR