Bank Of Baku

“Karvan” klubların reytinq siyahısında 86 pillə geriləyib

“Karvan” klubların reytinq siyahısında 86 pillə geriləyib
# 01 iyun 2007 09:21 (UTC +04:00)
Beynəlxalq Futbol Tarixi və Statistikası Federasiyası (İFFHS) klubların reytinq cədvəlini açıqlayıb. “APA-Sport” agentliyinin məlumatına görə, 350 klubun yer aldığı siyahıda ölkəmizin yeganə təmsilçisi olan Yevlaxın “Karvan” klubu ötən aprellə müqayisədə 86 pillə geriləyib. Hesabında 62,5 xal olan “Karvan” 328-ci yerdə qərarlaşıb. Reytinq sıralamasına yenə də UEFA kubokunun qalibi “Sevilya” (İspaniya) başçılıq edir. “Çelsi” (İngiltərə) 2-ci, Çempionlar Liqasının son qalibi “Milan” (İtaliya) 3-cü yerdə qərarlaşıb. İlk onluqda qalan yerləri İngiltərənin “Mançester Yunayted”, Çilinin “Kolo-Kolo”, Braziliyanın “Santos”, İtaliyanın “Roma”, İngiltərənin “Liverpul”, İtaliyanın “İnter” və İspaniyanın “Espanyol” klubları tuturlar. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR