Bank Of Baku

Rasim Kara: “Azərbaycan yığması Polşaya uduzmayacaq”

Rasim Kara: “Azərbaycan yığması Polşaya uduzmayacaq”
# 01 iyun 2007 13:10 (UTC +04:00)
“Azərbaycan millisi Polşa yığmasına uduzmayacaq”. Bu sözləri “APA-Sport” agentliyinə açıqlamasında “Qaraba𔝠klubunun çalışdırıcısı Rasim Kara bildirib. AFFA-nın Məşqçilər Şurasının üzvü olan türkiyəli çalışdırıcının sözlərinə görə, Azərbaycan yığması Polşa ilə görüşdə xal qazanacaq: “Azərbaycanın Polşaya məğlub olmayacağına əminəm. Çünki millinin Finlandiya ilə Bakıdakı matçda göstərdiyi oyun və qazandığı nəticə məndə bu əminliyi yaradıb. Polşa ilə martda keçirilən matç uğursuz olsa da, futbolçuların bundan nəticə çıxardıblar. Onlar Bakıdakı matçda səfər oyunundakı səhvləri buraxmayacaqlar”.
Qeyd edək ki, R.Kara hazırda Türkiyədə olduğundan oyunu Tofiq Bəhramov adına Respublika stadionunda izləyə bilməyəcək. Bununla belə, türkiyəli mütəxəssis mütləq oyuna baxacağını qeyd edib: “Hazırda İstanbulda olsam da, qəlbim Bakıdadır. Sabahkı qarşılaşmada ürəyim Azərbaycan yığması ilə döyünəcək”. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR