Bank Of Baku

Eji Engel: “Bakıdakı meydanın ot örtüyü qısa olduğundan topa nəzarət etmək xeyli çətindir”

Eji Engel: “Bakıdakı meydanın ot örtüyü qısa olduğundan topa nəzarət etmək xeyli çətindir”
# 01 iyun 2007 14:15 (UTC +04:00)
“Bakıdakı stadion Avropa ölkələrində olanlarla müqayisədə çox fərqlənir. Burada meydanın ot örtüyü qısa olduğundan topa nəzarət etmək xeyli çətindir”. “APA-Sport” agentliyinin məlumatına görə, bu sözləri Polşa Futbol Federasiyasının vitse-prezidenti Eji Enqel deyib. E.Enjelin sözlərinə görə, iyunun 2-də Tofiq Bəhramov adına Respublika stadionunda Azərbaycan yığması ilə qarşılaşacaq Polşa futbolçularının ot örtüyünə öyrəşməsi asan olmayacaq: “Bizim futbolçuların oyunun keçiriləcəyi stadiona öyrəşmək üçün cəmi bir saat vaxtları var. Yəni, görüşədək yalnız məşqlə kifayətlənəcəyik”. Polşalı vitse-prezident hava şəraitindən də gileylənib. Havanın hərarətinin yüksək olduğunu söyləyən E.Engel qeyd edib ki, oyunun ilk dəqiqələrindən hücuma atılmaq məqsədəuyğun deyil: “Bakıda hava isti və bürküdür. Polşalılar 40 dərəcə temperaturda oynamağa öyrəşməyiblər. Belə isti hava bizim əleyhimizədir. İlk dəqiqələrdən hücuma atılmaq məqsədəuyğun deyil. Əks təqdirdə, oyunçularımızın gücü tükənər və qarşılaşmanı sona qədər davam etdirmək müşkülə çevrilər”. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR