Bank Of Baku

Milli komandamızın Polşa yığması ilə sabahkı oyunda meydana çıxacağı əsas heyəti bəlli olub

Milli komandamızın Polşa yığması ilə sabahkı oyunda meydana çıxacağı əsas heyəti bəlli olub
# 01 iyun 2007 16:26 (UTC +04:00)
Milli komandamızın Polşa yığması ilə sabahkı oyunda meydana çıxacağı əsas heyəti bəlli olub. “APA-Sport” agentliyinin məlumatına görə, Polşaya qarşı iki hücumçu ilə oynayacaq millimizin baş məşqçisi Şahin Diniyev ön xətdə Branimir Subaşiçlə Xaqani Məmmədova şans verəcək. Qapını Fərhad Vəliyeva tapşıran Ş.Diniyev meydana üç müdafiəçi buraxacaq. Samir Abbasov sonuncu müdafiəçi mövqeyində çıxış edəcəyi halda, Ramin Quliyev müdafiənin sol, Aslan Kərimov isə sağ cinahında yer alacaq. Aleksandr Çertoqanovla Emin Quliyev dayaq yarımmüdafiəçisi funksiyasını yerinə yetirəcək. Emin İmaməliyev yarımmüdafiənin sol, Ramazan Abbasov sağ cinahında çıxış edəcək. Cəzalı Ceyhun Sultanovun yoxluğunda oyun qurucusu funksiyasını Samir Əliyevin əvəzinə yığmaya çağırılan Alim Qurbanov yerinə yetirəcək. Polşa ilə oyunda Cahangir Həsənzadə, Zaur Həşimov, Elvin Əliyev, Elmar Baxşıyev, İlqar Qurbanov, Vüqar Nadirov və Vaqif Cavadov ehtiyatda olacaq. Rauf Mehdiyev, Ceyhun Sultanov və Kənan Kərimovun adı isə matçın iştirak ərizəsinə daxil edilməyəcək. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR