Bank Of Baku

Leo Beenhaker: “Azərbaycan yığmasının heyətində heç kimdən çəkinmirik”

Leo Beenhaker: “Azərbaycan yığmasının heyətində heç kimdən çəkinmirik”
# 01 iyun 2007 17:19 (UTC +04:00)
APA-Sport” agentliyinin məlumatına görə, hollandiyalı çalışdırıcı rəhbərlik etdiyi kollektivin Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində Azərbaycan yığmasına qarşı keçiriləcək oyunun hazırlığından danışıb. O, bildirib ki, polşalıların sabahkı oyuna xüsusi motivasiya altında çıxmaqlarına ehtiyac yoxdur: “Düşünmürəm ki, Polşa yığması Azərbaycanla oyuna xüsusi motivasiya ilə hazırlaşmalıdır. Çünki yetirmələrim öz üzərlərinə düşən vəzifəni yaxşı anlayırlar. Futbolçularım Avropa çempionatının final mərhələsinə vəsiqə qazanmaq istəyirlər. Bu baxımdan komandamızda arxayınlıq yoxdur”. L. Beenhaker Azərbaycan milli komandasının heyətində heç kimdən çəkinmədiklərini söyləyib: “Futbol kollektiv idman növüdür. Rəqibin heyətində heç kimdən çəkinmirik”. Baş məşqçi vurğulayıb ki, Bakıda hava isti olsa da, iqlim şəraiti ilə barışmaq lazımdır: “Havanın isti olmasına baxmayaraq, sabah meydana çıxıb, öz oyunumuzu göstərməliyik”. L. Beenhakerin sözlərinə görə, heç vaxt Ermənistanın Azərbaycandan güclü olduğunu deməyib. O, bütün diqqətlərini sabahkı görüşə yönəltdiklərdən Azərbaycanla Ermənistanı müqayisə etmək istəmədiyini deyib: “Düzdür, öz meydanımızda həm Azərbaycanla, həm də Ermənistanla oynamışıq. Bu komandalar haqqında heç vaxt fikir bildirməmişəm. Heç indi də bu haqda danışmaq niyyətim yoxdur. Təkcə onu deməliyəm ki, Azərbaycanla Ermənistan müxtəlif keyfiyyətlərə malik komandalardır”. /APA-Sport/


1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR