Bank Of Baku

Azərbaycan millisi İspaniyaya böyük hesabla məğlub olub

Azərbaycan millisi İspaniyaya böyük hesabla məğlub olub
# 02 iyun 2007 08:52 (UTC +04:00)
Futbol üzrə 19 yaşlılardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının ikinci seçmə qrup mərhələsində keçirdiyi növbəti görüşdə böyük hesabla məğlub olub. “APA-Sport” agentliyinin məlumatına görə, Arif Əsədovun baş məşqçisi olduğu yığma komandamız Norveçdə keçirilən turnirdə İspaniyaya 0:4 hesabı ilə uduzub. Bununla, həmyerlilərimiz final mərhələsinə çıxmaq şansını itiriblər. Belə ki, final mərhələsinə yalnız qrup qalibləri çıxdığından, iki oyundan 6 xal toplayan İspaniyaya bu vəsiqəni qazanmaq üçün sonuncu matçda bir xal da kifayət edəcək. Qrupdakı digər qarşılaşmada ilk turda yığmamıza 1:2 hesabı ilə uduzan Norveç İslandiyanı məğlub edib 4:3. İki oyundan sonra hesabında üç xal olan yığmamız Norveçlə 2-3-cü pillələri bölüşdürür. Millimiz sonuncu qarşılaşmasını iyunun 4-də İslandiyaya qarşı keçirəcək. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR