Bank Of Baku

Qurban Qurbanov: “Moskvada şəxsi işlərim var”

Qurban Qurbanov: “Moskvada şəxsi işlərim var”
# 02 iyun 2007 09:34 (UTC +04:00)
“Neftçi” klubunun baş məşqçisi Qurban Qurbanov sabah ölkəni tərk edəcək. Bu barədə “APA-Sport” agentliyinə məlumat verən Qurban Qurbanov Ukraynaya yollanacağını bildirib: “A kateqoriyalı diplom almaq üçün Kiyevə gedəcəyəm. Martda imtahanı uğurla verərək, A kateroriyasına yiyələnsəm də, həmin vaxt diplomu vermədilər. Artıq diplom hazırdır, yalnız onu götürmək qalıb. Kiyevə səfərim bir günlük olacaq. Ola bilsin ki, Ukraynaya Rusiyadan getdim. Çünki Moskvada şəxsi işlərim var”. Qeyd edək ki, “İnter” klubunun məşqçisi Elbrus Məmmədov da A kateqoriyası ilə bağlı diplomunu almaq məqsədilə Q.Qurbanovla birgə Ukraynaya yollanacaq. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR