Bank Of Baku

Yozef Blatterlə Mişel Platini Azərbaycana gələcək

Yozef Blatterlə Mişel Platini Azərbaycana gələcək
# 02 iyun 2007 10:15 (UTC +04:00)
Bu haqda “APA-Sport” agentliyinə AFFA-nın baş katibi Fuad Əsədov məlumat verib. F.Əsədovun sözlərinə görə, AFFA-nın prezidenti Ramiz Mirzəyev az öncə İsveçrənin Sürix şəhərində keçirilmiş FİFA-nın hesabat-seçki konfransında Yozef Blatterlə görüşərək, onu dördüncü dəfə ali futbol qurumuna prezident seçilməsi münasibətilə təbrik edərək, M.Platini ilə birgə yenidən ölkəmizə dəvət edib. 2-15 oktyabr aralığında iş qrafiklərinin boş olduğunu bildirən FİFA və UEFA prezidentləri həmin müddətdə Bakıya gəlməyə razılıq veriblər. Baş katib səfərin konkret tarixinin sonrakı danışıqlara əsasən müəyyənləşəcəyini vurğulayıb. F.Əsədov, həmçinin bildirib ki, FİFA konfransı zamanı Azərbaycan milli komandasının Ermənistan yığması ilə Avropa çempionatının seçmə qrup oyunlarının yeri ilə bağlı heç bir danışıq aparılmayıb. O, sentyabrın 8-də və 12-də keçiriləcək qarşılaşmaların yeri barədə məlumatın AFFA-ya iyunun 23-də veriləcəyini bildirib. /APA-Sport/


1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR