Bank Of Baku

Azərbaycan yığması öz meydanında ilk məğlubiyyətini alıb

Azərbaycan yığması öz meydanında ilk məğlubiyyətini alıb
# 04 iyun 2007 09:06 (UTC +04:00)
Azərbaycan milli komandası Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində öz meydanında ilk məğlubiyyətini alıb. “APA-Sport” agentliyinin məlumatına görə, yığma komandamız Tofiq Bəhramov adına Respublika stadionunda Polşa ilə keçirdiyi görüşdə 1:3 hesabı ilə uduzub. Yığmamız serbiyalı hücumçusu Branimir Subaşiçin oyunun 6-cı dəqiqəsində vurduğu qolla fasiləyə üstün yollansa da, hesabı sonadək qoruya bilməyib. Eyzebiuş Smolyarek (63) və Yatsek Krjınovekin vurduğu qollar (66, 90) millimizin Polşa yığması ilə oyunlarda beşinci məğlubiyyətini rəsmiləşdirib. “Neftçi” klubunda çıxış edən 25 yaşlı Branimir Subaşiç indiyədək altı dəfə qarşılaşdığımız Polşa yığmasına vurduğumuz ilk qolun müəllifi kimi tarixə düşüb.
Qeyd edək ki, millimiz növbəti oyununu iyunun 6-da səfərdə Qazaxıstan yığmasına qarşı keçirəcək. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR