Bank Of Baku

Mariuş Levandovski: “Azərbaycan yığmasında inkişaf hiss olunur”

Mariuş Levandovski: “Azərbaycan yığmasında inkişaf hiss olunur”
# 04 iyun 2007 09:06 (UTC +04:00)
“Azərbaycan yığmasının bizə ciddi müqavimət göstərəcəyini gözləyirdim. Çünki indi heç bir komanda xal itirmək istəmir”. Bu sözləri “APA-Sport” agentliyinə açıqlamasında Polşa milli komandasının yarımmüdafiəçisi Mariuş Levandovski deyib. Onun sözlərinə görə, Bakıda keçirilən Azərbaycan Polşa oyununun həlledici anı 63-cü dəqiqədə olub: “Fikrimcə, həlledici məqam 63-cü dəqiqədə baş verdi. Rəqib qapısına ikinci qolu vuraraq, psixoloji üstünlüyə yiyələndik. Qalan vaxtda oyuna nəzarəti əldən buraxmadığımız üçün qələbə qazandıq”. Futbolçu Azərbaycan milli komandasının ünvanına xoş sözlər işlədib. O, yığmamızın oyununda inkişafın nəzərə çarpdığını bildirib: “Əsası gənclərdən təşkil olunan Azərbaycan yığmasında inkişaf hiss olunur. Sizin komanda Bakıda Finlandiyaya qalib gəlib. Bundan başqa, bizimlə oyunda bir hissə hesabda öndə idi. Deməli, gələcəkdə daha yaxşı nəticələrə ümid etmək olar”. M.Levandovski, həmçinin vurğulayıb ki, Ermənistan üzərində qələbə qazanacaqları təqdirdə, Avropa çempionatının final mərhələsinə yüksələcəklər: “Azərbaycanla oyundan sonra final mərhələsinə yüksəldiyimizi söyləmək tezdir. Düzdür, şanslarımız xeyli çoxalıb. Əgər Ermənistana qalib gəlsək, qitə birinciliyinin final mərhələsinə çıxacağıq”. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR