Bank Of Baku

Polşa yığması Ermənistana Bakı İrəvan reysi ilə yollanıb

Polşa yığması Ermənistana Bakı  İrəvan reysi ilə yollanıb
# 04 iyun 2007 09:26 (UTC +04:00)
Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində iyunun 2-də Tofiq Bəhramov adına Respublika stadionunda Azərbaycan milli komandası ilə qarşılaşan Polşa yığması Bakını tərk edib. AFFA-dan “APA-Sport” agentliyinə verilən məlumata görə, polşalılar növbəti rəsmi oyunlarını keçirmək üçün dünən saat 12:00-da Ermənistana yollanıblar. Leo Beenhakerin rəhbərlik etdiyi kollektiv Ermənistana Bakı-İrəvan reysi ilə uçub. Onları İrəvana Polşa prezidentinin şəxsi təyyarəsi aparıb. Azərbaycandan Ermənistana hansı marşrutla gedəcəyi polşalılara öncə çətinlik yaradıb. Ən optimal variant kimi Tiflisdən keçməklə, Ermənistana yollanmaq variantı ortaya çıxıb. Lakin əlavə vaxt itkisi və yol yorğunluğu polşalılara narahatçılıq yaradıb. Sonradan Polşa yığması beynəlxalq hava nəqliyyatı qaydalarına əsasən, Bakıdan birbaşa İrəvana yollanmağa nail olub. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR