Bank Of Baku

Şahin Diniyev: “Millinin heyətində dəyişikliklər olacaq”

Şahin Diniyev: “Millinin heyətində dəyişikliklər olacaq”
# 04 iyun 2007 10:04 (UTC +04:00)
“Polşaya yığmasına qarşı yaxşı oynayıb məğlub olduq”. “APA-Sport” agentliyinin məlumatına görə, bu sözləri Azərbaycan milli komandasının baş məşqçisi Şahin Diniyev deyib. Ş.Diniyev məğlubiyyətdə əsas səbəb kimi fiziki planda rəqibə uduzduğumuzu göstərib: “Məğlubiyyətimizdə əsas səbəb rəqiblə müqayisədə gücümüzün çatmamağı oldu. Polşa qələbəyə layiq olsa da, biz də uduzmamalıydıq. Polşa yığması oyunçularının ustalığı, qol vəziyyətlərindən istifadə etmək bacarığı hesabına qələbəni qazandı. Cinahları bağlamaqla, rəqibin qol vurmasının qarşısını ala bilərdik. Ancaq buraxdığımız mövqe səhvləri öz sözünü dedi. Hər halda, futbolçular meydanda döyüşdüyü üçün onlardan razı qaldım. Sadəcə, yığmamızın bacardığı bu qədərdir”. Polşaya etdiyi əvəzləmələrə görə uduzmadığımızı qeyd edən Ş.Diniyev ikinci hissədə meydana buraxdığı Vaqif Cavadovdan belə zəif oyun gözləmədiyini vurğulayıb. Baş məşqçi Qazaxıstanla qarşıdakı oyunda rəqibdən psixoloji baxımdan üstün olduğumuzu söyləyib: “Biz qrup liderinə qarşı oynayıb uduzduqsa, Qazaxıstan evdə öz gücündə olduğu Ermənistana məğlub olub. Buna görə də psixoloji baxımdan üstünlüyün tərəfimizdə olduğunu düşünürəm. Bizdə olduğu kimi, Qazaxıstanda da yorğunluq öz sözünü deyə bilər. Bərabər səviyyədə olduğumuz Qazaxıstanla oyuna başqa əhval-ruhiyyədə çıxaraq, xal qazanmağa çalışacağıq. Qarşıdakı səfər matçında millinin heyətində bəzi dəyişikliklər olacaq”. Polşa yığmasının hollandiyalı çalışdırıcısı Leo Beenhaker erkən qol buraxmalarını səbəbini belə izah edib: “Kobud səhvə yol verərək, erkən qol buraxdıq. İkinci hissədə böyük əziyyət hesabına oyunda dönüş yarada bildik. Azərbaycan yığması nəticəni qorumağa çalışaraq, yaxşı müdafiə olunurdu. Bu da qol vurmaq işimizi çətinləşdirirdi. Azərbaycan yığmasının oyununda mart ayındakı görüşlə müqayisədə ciddi heç bir dəyişiklik yoxdur. Milli komandanız bu dəfə oyuna çox yaxşı hazırlaşsa da, biz layiqli qələbə qazandıq”. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR