Bank Of Baku

Litva yığması Azərbaycanla qarşılaşmaqdan imtina edib

Litva yığması Azərbaycanla qarşılaşmaqdan imtina edib
# 05 iyun 2007 12:16 (UTC +04:00)
Litvanın futbol yığma komandası Azərbaycanla yoldaşlıq görüşü keçirməkdən imtina edib. Bu barədə “APA-Sport” agentliyinə AFFA-nın baş katibi Fuad Əsədov məlumat verib. F.Əsədovun sözlərinə görə, litvalılar avqustun 22-də beynəlxalq yoldaşlıq matçı keçirmək üçün özlərinə başqa rəqib tapıblar: “Litva Futbol Federasiyası ilə razılığa gələ bilmədik. Bildiyimə görə, litvalılar həmin gün Türkmənistanla görüşəcəklər”. Baş katib hazırda yığmamız üçün rəqib axtarışının davam etdiyini bildirib: “Adını çəkmək istəmədiyim federasiya ilə danışıqlar aparırıq. Ortada konkret nəticə olan kimi, mətbuata açıqlama veriləcək”. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR