Bank Of Baku

Ələkbər Məmmədov: “Üç il öncə Ramiz Mirzəyev mənə bütün yığmaların baş məşqçisi vəzifəsini təklif etmişdi”

Ələkbər Məmmədov: “Üç il öncə Ramiz Mirzəyev mənə bütün yığmaların baş məşqçisi vəzifəsini təklif etmişdi”
# 06 iyun 2007 09:03 (UTC +04:00)
“Üç il öncə AFFA-nın prezidenti Ramiz Mirzəyev mənə bütün milli komandaların baş məşqçisi vəzifəsini təklif etmişdi”. Bu sözləri “APA-Sport” agentliyinə açıqlamasında Azərbaycanın futbol veteranı Ələkbər Məmmədov bildirib. Ə. Məmmədovun sözlərinə görə, 2004-cü ilin fevralında braziliyalı Karlos Alberto Torres əsas millimizə baş məşqçi təyin olunduğu vaxt ona belə bir dəvət gəlib. Lakin tanınmış futbol veteranı dəvəti qəbul etməyib. O, səbəb kimi yığmanın hazırlığı üçün əlverişli şəraitin olmamasını göstərib: “Mən millinin məşq bazası, meydançaların olmadığını əsas gətirərək, təklifdən imtina etdim. Çünki yığmamız üçün mütləq baza və məşq meydançası olmalıdır. “Ədliyyə” və ya Dövlət Yol Polis İdarəsinin stadionunda məşq etməklə, uğurdan danışmaq olmaz”. Ə. Məmmədov Bakının Maştağa qəsəbəsində yığmaya baza tikmək üçün əlverişli şəraitin olduğunu da vurğulayıb. O, həmçinin, futbol-internat məktəbinin inşasının da vacibliyini qeyd edib. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR