Bank Of Baku

Səkkiz futbolçu 19 yaşlılardan ibarət Azərbaycan yığma komandasından kənarlaşdırılıb

Səkkiz futbolçu 19 yaşlılardan ibarət Azərbaycan yığma komandasından kənarlaşdırılıb
# 06 iyun 2007 11:46 (UTC +04:00)
Norveçdə keçirilən Avropa çempionatının ikinci seçmə mərhələsi çərçivəsində ikinci qrup oyunlarında iştirak etmiş 19 yaşlılardan ibarət yığmamızın səkkiz futbolçusu milli komandada çıxışını başa vurub. “APA-Sport” agentliyinin məlumatına görə, yığma üzvlərindən müdafiəçilər Nodar Məmmədov, Timur İsrafilov, Fərid Həşimzadə, yarımmüdafiəçilər Tagim Novruzov, Elvin Məmmədov, hücumçular Nizami Hacıyev, Cavid Hüseynov və Rza Qafarlı yaşlarına görə daha bu yığmada oynaya bilməyəcəklər. Bu ilin payızında keçiriləcək 2008-ci il Avropa çempionatının seçmə mərhələ oyunlarında 19 yaşlılardan ibarət yığmamızda 1989-cu il və ondan aşağı təvəllüdlü futbolçular çıxış edəcək. Adı çəkilən səkkiz futbolçu isə 21 yaşlılardan ibarət yığmamızın rəhbərliyinin diqqət mərkəzinə keçəcəklər. Onlar 21 yaşlılardan ibarət komandanın heyətində sentyabrın 8-də Yunanıstan yığması ilə Bakıdakı görüşün iştirakçısı ola bilərlər.
Qeyd edək ki, Norveçdə keçirilən oyunlarda 19 yaşlılardan ibarət yığmamızın vurduğu dörd qolun üçünü rəqib qapısından çıxışını başa vuran futbolçular keçirib. Bunlar Norveçin qapısına iki qol vuran N.Hacıyev və İslandiya ilə görüşdə fərqlənən N.Məmmədovdur. İslandiyanın qapısına penaltidən qol vuran Rahid Əmirquliyev isə 1989-cu il təvəllüdlü olduğundan 19 yaşlılardan ibarət yığmada çıxışlarını davam etdirəcək. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR