Bank Of Baku

Şahin Diniyev Azərbaycan milli komandasının Qazaxıstan yığması ilə oyunda meydana çıxacaq start heyətini açıqlayıb

Şahin Diniyev Azərbaycan milli komandasının Qazaxıstan yığması ilə oyunda meydana çıxacaq start heyətini açıqlayıb
# 06 iyun 2007 11:58 (UTC +04:00)
Azərbaycan milli komandasının Qazaxıstan yığması ilə bugünkü səfər oyununda meydana çıxacaq start heyəti bəlli olub. Millimizin baş məşqçisi Şahin Diniyev “APA-Sport” agentliyinə açıqlamasında start heyətində Cahangir Həsənzadə, Samir Abbasov, Ramin Quliyev, Aslan Kərimov, Aleksandr Çertoqanov, Emin Quliyev, Ramazan Abbasov, Zaur Həşimov, Ceyhun Sultanov, Branimir Subaşiç və Vüqar Nadirova yer verdiyini bildirib. Polşa ilə oyunla müqayisədə millimizin əsas heyətində dörd dəyişiklik edilib. Cəzalı Fərhad Vəliyevin əvəzinə heyətdə C.Həsənzadə yer alacaq. Cəzası başa çatan C.Sultanov isə Polşa ilə matçda oyun qurucusu funksiyasını yerinə yetirmiş Alim Qurbanovu əvəzləyəcək. Polşa ilə oyunun ikinci hissəsində Emin İmaməliyevin yerinə meydana daxil olan Z.Həşimov bu dəfə əsas heyətdə yer verilib. Z.Həşimovun Polşa ilə oyunda olduğu kimi, sağ cinah yarımmüdafiəçisi funksiyasını yerinə yetirdiyindən, R.Abbasov yarımmüdafiənin sol cinahına çəkiləcək. Qazaxıstanla oyuna da iki hücumçu ilə çıxacaq Ş.Diniyev Xaqani Məmmədovu Polşa ilə oyunda ehtiyatda qalan V.Nadirovla əvəzləyib.
Qeyd edək ki, Qazaxıstanla oyunda Rauf Mehdiyev, Elvin Əliyev, Elmar Baxşıyev, Emin İmaməliyev, Alim Qurbanov, İlqar Qurbanov və Xaqani Məmmədov ehtiyatda qalacaqlar. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR