Bank Of Baku

“Bakı”nın daha bir müdafiəçisi “Neftçi”yə keçir

“Bakı”nın daha bir müdafiəçisi “Neftçi”yə keçir
# 06 iyun 2007 14:21 (UTC +04:00)
“Belə gedişlə Rail Məlikov və Ramazan Abbasovla da yollarımız ayrılacaq”. Bu sözləri “APA-Sport” agentliyinə açıqlamasında “Bakı” klubunun baş meneceri Zeynal Məmmədov deyib. Z. Məmmədov 22 yaşlı müdafiəçi R.Məlikovun “Neftçi”yə keçmək variantının olduğunu qeyd edib: “Railin komandamızdan gedəcəyi gözlənilir. Onun “Neftçi”yə keçmək variantı var. Düzdür, “İnter”in də Məlikovla maraqlandığını eşitmişəm. Ancaq “Neftçi” Raillə bağlı konkret bizə müraciət edib. Railin bizimlə müqaviləsinin müddəti başa çatsa da, o sərbəst futbolçu kimi başqa kluba keçə bilməz. Çünki hələ 23 yaşı tamam olmayıb. Belə olan halda Raili heyətinə cəlb etmək istəyən klub bizə kompensasiya ödəməlidir. Məlikovun “Neftçi”yə keçidi danışıqların nəticəsindən asılı olacaq”.
Qeyd edək ki, “Bakı”nı tərk edən digər müdafiəçi R.Quliyev də “Neftçi”yə keçir. Ancaq millinin heyətində Qazaxıstandan qayıdandan sonra “Neftçi” ilə iki illik müqavilə bağlayacaq R.Quliyevin 26 yaşı olduğundan, ona görə əvvəlki klubuna kompensasiya ödənilməyəcək. Z.Məmmədov R.Quliyevlə birgə millinin heyətində olan 24 yaşlı R.Abbasovun da qayıdışını gözlədiklərini bildirib: “Müqaviləsi başa çatan Ramazanın Bakıya qayıtmasını gözləyirik. Onun komandamızda qalması ilə bağlı danışacağıq. Ramazanın da “Bakı”nı tərk etmək istədiyini bilirik. Eşitdiyimə görə, Ramazanın adı əsasən “İnter” klubu ətrafında hallanır”. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR