Bank Of Baku

“Gənclərbirliyi” moldovalı baş məşqçisi İliye Karpla yollarını ayırıb

“Gənclərbirliyi” moldovalı baş məşqçisi İliye Karpla yollarını ayırıb
# 06 iyun 2007 14:51 (UTC +04:00)
Sumqayıtın “Gənclərbirliyi” klubu moldovalı baş məşqçisi İliye Karpla yollarını ayırıb. Bu haqda “APA-Sport” agentliyinə məlumat verən klubun prezidenti İlqar Nuriyevin sözlərinə görə, daha İ.Karpın xidmətlərindən yararlanmaq niyyətində deyillər: “Karpla əməkdaşlığımız başa çatdı. Onun klubumuzla müqaviləsi bitib, anlaşmanın müddətini isə uzatmaq fikrində deyilik”. Klub prezidenti İ.Karpı baş məşqçi postunda əvəzləyəcək mütəxəssisi hələ müəyyənləşdirmədiklərini söyləyib. İ.Nuriyev klubda vitse-prezident postunu tutan Vaqif Sadıqovun baş məşqçi təyin edilməsi məsələsinə də münasibət bildirib: “Gənclərbirliyi”nə sponsor axtarışı ilə bağlı səylərimiz hələ ki, nəticə vermir. Klubumuzun maddi vəziyyəti yaxşı olarsa, Vaqif Sadıqovu baş məşqçi olması mümkündür. Ancaq maddi vəziyyəti pis olan kluba Vaqif Sadıqovu baş məşqçi təyin etməklə, onun nüfuzunu aşağı salmaq istəmirik”. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR