Bank Of Baku

Azərbaycanın milli futbol komandası 2008-ci ilə Avropa çempionatının seçmə mərhələsində səfərdə ilk xalını qazanıb

Azərbaycanın milli futbol komandası 2008-ci ilə Avropa çempionatının seçmə mərhələsində səfərdə ilk xalını qazanıb
# 06 iyun 2007 17:05 (UTC +04:00)
Milli komandamızın 2008-ci il Avropa çempionatının seçmə qrup mərhələsində Qazaxıstan yığmasına qarşı səfərdə keçirdiyi oyun heç-heçə başa çatıb. “APA-Sport” agentliyinin məlumatına görə, millimiz ötən ilin sentyabrında olduğu kimi, bu dəfə də Qazaxıstanla 1:1 hesablı bərabərliyə qalıb. Bununla da, millimiz hazırkı seçmə mərhələdə rəqib meydanında ilk xalını qazanıb. Millimizin qolunun müəllifi oyunun 31-ci dəqiqəsində Ceyhun Sultanovun ötürməsini dəqiq zərbə ilə qapıdan keçirən Vüqar Nadirov olub. Oyunda ilk təhlükəli vəziyyəti də V. Nadirov yaradıb. 5-ci dəqiqədə onun yaxın məsafədən zərbəsi qapı torunu çöldən silkələyib. 21-ci dəqiqədə C. Sultanovun yerinə yetirdiyi künc zərbəsindən sonra V. Nadirovun başla zərbəsi qapı tirinə tuş gəlib. Qazaxıstan yığmasının ilk yarıda qapımız qarşısında yaratdığı vəziyyətlər daha təhlükəli olub. Xüsusilə 20-ci dəqiqədə Nurbol Jumaskaliyevin süni oyundan kənar vəziyyət yaratmaq istəyərkən buraxdığımız səhvi qola çevirmək üçün yüz faiz imkanı olsa da, Qazaxıstan yığmasının kapitanı yaxın məsafədən dəqiq zərbə vura bilməyib. Qazaxıstan yığmasının ucaboylu hücumçusu Vitali Ostapenko isə iki dəfə qapıçımız Cahangir Həsənzadənin çıxışda inamsız oyunundan sonra topu qapıya göndərə bilməyib. 43-cü dəqiqədə isə Qazaxıstan yığmasının yarımmüdafiəçisi Maksim Jalmaqambetov müdafiəçimiz Ramin Quliyevə bilərəkdən zərbə endirdiyinə görə birbaşa qırmızı ilə meydandan qovulub.
Qazaxıstanlılar ikinci hissənin əvvəlində hesabı bərabərləşdirməyə müvəffəq olub. 53-cü dəqiqədə Samir Abbasov N. Jumaskaliyevin qapı qarşısına ötürməsindən sonra Ruslan Baltiyevlə mübarizədə topu öz qapımıza göndərib. 67-ci dəqiqədə C. Həsənzadənin əlindən buraxdığı topu N.Jumaskaliyev qapıdan keçirsə də, yan xətt hakimi oyundan kənar vəziyyət qeydə aldığından qol hesaba alınmayıb. Millimizin serbiyalı hücumçusu Branimir Subaşiç isə iki dəfə əlverişli imkanı boşa verib. İkinci hissədə
meydana daxil olan Emin İmaməliyevlə Alim Qurbanovun qələbə topunu vurmaq üçün əlverişli imkanlar əldə etsələr də, onlar bundan yararlana bilməyiblər.
Qeyd edək ki, bu oyundan sonra xalını 5-ə çatdıran millimiz növbəti oyunda sentyabrın 8-də Ermənistan yığmasını qəbul edəcək. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR