Bank Of Baku

“Standard” və “Masallı” klubları futbol üzrə Azərbaycan çempionatının güclülər dəstəsinə vəsiqə qazanıb

“Standard” və “Masallı” klubları futbol üzrə Azərbaycan çempionatının güclülər dəstəsinə vəsiqə qazanıb
# 06 iyun 2007 17:15 (UTC +04:00)
Bakının “Standard” və Masallının “Masallı” klubları futbol üzrə Azərbaycan çempionatının güclülər dəstəsinə vəsiqə qazanıb. “APA-Sport” agentliyinin məlumatına görə, bu gün aşağı liqanın final mərhələsinin IX turu çərçivəsində “Standard” komandası “Masallı” üzərində 2:1 hesablı qələbə qazanmaqla yüksək dəstəyə çıxışını rəsmiləşdirib. Məğlubiyyətə baxmayaraq, Masallı təmsilçisi də çempionatın sonuna bir tur qalmış növbəti mövsümdən etibarən güclülər dəstəsində oynamaq hüququna yiyələnib. Buna turnir cədvəlinin üçüncü pilləsində qərarlaşan “ABN-Bərdə”in “Anşad-Petrol”la oyunda xal itirməsi səbəb olub. Belə ki, Bərdə futbolçuları bu görüşdə bir xalla kifayətləndiyindən (2:2) güclülər dəstəsinə çıxmaq şanslarını heçə endiriblər. Həmçinin, “Göyəzən” komandası da nəzəri şansları itirib. Qazax klubu səfərdə “Bakılı”ya 1:2 hesabı ilə uduzub.
Qeyd edək ki, reqlamentə əsasən, aşağı liqada ilk iki pilləni tutan komandaya 2007/08 mövsümündən güclülər dəstəsində iştirak hüququ verilib. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR