Bank Of Baku

Şahin Diniyev: “Qazaxıstanla səfər oyunu düzgün yolda olduğumuzu göstərdi”

Şahin Diniyev: “Qazaxıstanla səfər oyunu düzgün yolda olduğumuzu göstərdi”
# 07 iyun 2007 08:40 (UTC +04:00)
“Hər iki komandanı razı salan nəticənin qeydə alınmasına görə sevinirəm”. “APA-Sport” agentliyinin məlumatına görə, bu sözləri Qazaxıstanla səfər oyunundan sonra keçirilmiş mətbuat konfransında milli komandamızın baş məşqçisi Şahin Diniyev deyib. Ş. Diniyev nəticədən daha çox oyundan razı qaldığını vurğulayıb: “Görüşdən əvvəl şansları 55 faiz qazaxların xeyrinə qiymətləndirmişdim. Oyun da demək olar bunu göstərdi. Bərabər səviyyəli oyun getdi. Səfərdə çıxış etmək həmişə çətin olur. Qazaxıstan bizimlə oyuna qədər öz meydanında Ermənistana məğlub olduğuna görə azarkeşləri qarşısında bəraət qazanmağa çalışırdı. İkinci dəfədir ki, eyni vəziyyətə düşürük. Ardıcıl iki oyundur, hesabı açsaq da, qələbə qazana bilmirik. Qələbəni əldən verməyimizin səbəbləri isə çoxdur. Növbəti oyunlarda bu çatışmazlıqları aradan qaldıracağıq”. Nə qədər qəribə olsa da, Ş. Diniyev Qazaxıstanla oyunun böyük hissəsini meydanda say üstünlüyü ilə keçirərək, qələbə hesabını qoruya bilməyən komandasından razı qaldığını söyləyib: “Mən oyunçularımdan razıyam. Qazaxıstan və Azərbaycan futbolunun problemləri oxşardır. Bu oyun həm Qazaxıstanın, həm də bizim düzgün yolda olduğumuzu göstərir. Hesab edirəm ki, Qazaxıstan və Azərbaycan yığmaları tezliklə rəqibləri ilə başabaş mübarizə aparmaq səviyyəyə çatacaq”. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR