Bank Of Baku

Arno Paypers: “Azərbaycanı məğlub edəcəyimizlə bağlı verdiyimiz sözə əməl edə bilmədik”

Arno Paypers: “Azərbaycanı məğlub edəcəyimizlə bağlı verdiyimiz sözə əməl edə bilmədik”
# 07 iyun 2007 08:48 (UTC +04:00)
“Azərbaycanla oyundan əvvəl azarkeşlərimizə qələbə söz versək də, buna əməl edə bilmədik”. Bu sözləri millimizlə oyun sonrası keçirilmiş mətbuat konfransında Qazaxıstan yığmasının hollandiyalı çalışdırıcısı Arno Paypers deyib. A. Paypers hakimliklə bağlı suala birmənalı cavab verməyib: “Hakimlikdən narazı qalmaqla bağlı suala birmənalı cavab verə bilmərəm. Hakimliyə kəskin reaksiyalarım daha çox oyun ərzində keçirdiyim hisslərlə bağlı idi. Ermənistanla oyunda gözlənilməz məğlubiyyət aldığımızdan, Azərbaycanla görüşdə bütün gücümüzü ortaya qoyaraq, daha yaxşı oynamağa çalışdıq. Daha çox risk etdiyimizi qeyd edə bilərəm. Halbuki bu, planlarımızın əksinə idi. Dediklərim futbolçularıma kompliment kimi səslənsə də, onların çox yaxşı oynadığını qeyd etməliyəm. Xüsusən yetirmələrim azlıqda qalandan sonra əzmlə mübarizə apardılar”.
A. Paypers oyunun gedişində meydana daxil olan azarkeşin ona hücum çəkməsinin mənfi hal olduğunu söyləyib: “Azarkeşin məşqçidən narazı qalması təbii olsa da, narazılığını belə ifadə etməyə heç kimin haqqı yoxdur. Qazaxıstan Futbol İttifaqından bu günədək mənə ödəniləcək pulun hamısını almışam. Ödənilməsəydi, indi burda olmazdım, istefa vermək istəyində də deyiləm”. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR