Bank Of Baku

UEFA-nın rəsmi İnternet saytı: “Bəxt Qazaxıstanın üzünə güldü”

UEFA-nın rəsmi İnternet saytı: “Bəxt Qazaxıstanın üzünə güldü”
# 07 iyun 2007 09:05 (UTC +04:00)
UEFA-nın rəsmi İnternet saytında iyunun 6-da Almatıda Avropa çempionatının seçmə qrup mərhələsində keçirilən Qazaxıstan Azərbaycan oyununa aid məqalə dərc olunub. “APA-Sport” agentliyinin məlumatına görə, yazıda milli komandamızın səfər matçı geniş şərh olunub. “Bəxt 10 nəfərlə qalmış Qazaxıstanın üzünə güldü” adlanan məqalədə bildirilib ki, meydan sahiblərinin birinci hissədə fərqlənmək imkanı olsa da, hesabı qonaqlar açıblar: “Görüşün 20-ci dəqiqəsində Nurbol Jumaskaliyevin zərbəsi qüvvətli alındı. Ancaq top Cahangir Həsənzadənin qoruduğu qapının yanından keçdi. Əvəzində, Azərbaycan hesabı açdı. 30-cu dəqiqədə Ceyhun Sultanovun ötürməsindən sonra Vüqar Nadirov fərqləndi”. İlk hissənin sonlarında Maksim Jalmaqambetovun qırmızı vərəqə alması ilə Qazaxıstanın azlıqda qaldığı qeyd edilən yazıda bununla belə, ev sahiblərinin tezliklə hesabı bərabərləşdirdiyi bildirilir: “Arno Paypersin yetirmələrindən Maksim Jalmaqambetov qırmızı vərəqə ilə cəzalandırıldı. Qazaxıstan 10 nəfərlə qalmasına baxmayaraq, bundan 8 dəqiqə sonra tarazlığı bərpa etdi. Nurbol Jumaskaliyevin qapı önünə ötürməsindən sonra yarımmüdafiəçi Ruslan Baltiyevlə müdafiəçi Samir Abbasovun mübarizəsi nəticəsində top tora daxil oldu”. Məqalədə yığmamızın qələbə qazanmağa yaxın olduğu bildirilib: “Branimir Subaşiç, Emin İmaməliyev və Alim Qurbanov Azərbaycana qələbə qazandıracaq qolu vura bilərdilər. Amma onlar şanslarını boşa verdiklərindən 1:1 hesabı dəyişməz qaldı”. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR