Bank Of Baku

Qazaxıstanla oyunla zədələnən Aslan Kərimov üç həftə yaşıl meydanlardan kənarda qalacaq

Qazaxıstanla oyunla zədələnən Aslan Kərimov üç həftə yaşıl meydanlardan kənarda qalacaq
# 07 iyun 2007 11:41 (UTC +04:00)
Azərbaycanın futbol üzrə milli komandasının kapitanı Aslan Kərimov dünən Qazaxıstan millisinə qarşı keçirilən oyunda zədə alıb. Bu haqda “APA-Sport” agentliyinə məlumat verən yığmanın həkimi Ramiz Kərimovun sözlərinə görə, futbolçu minimum üç həftə müalicə olunmalıdır: “Aslanın bud əzələsində dartılma olub. O, qarşıdakı üç həftədə futbol oynaya bilməz. Ola bilər ki, onun müalicəsi bir ay vaxt aparsın”. Həkim “Qaraba𔝠klubunun müdafiəçisinin müalicə xərclərini kimin çəkəcəyini bilmədiyini deyib: “Əgər bizə müraciət olunarsa, müalicə xərclərini AFFA öz üzərinə götürəcək”. R. Kərimov bildirib ki, Qazaxıstanla oyunda yığmamızın yarımmüdafiəçisi Emin Quliyev də zədə alıb. Ayaq pəncəsindən zədələnən E. Quliyevin xüsusi müalicəyə ehtiyacı yoxdur. Qeyd edək ki, milli komandanın oyunları zamanı zədələnən futbolçuların müalicə xərcləri AFFA-nın üzərinə düşür. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR