Bank Of Baku

Vüqar Nadirov: “Ardıcıl üç rəsmi oyunda qol vurmağımız futbolumuzun inkişafda olduğunu göstərir”

Vüqar Nadirov: “Ardıcıl üç rəsmi oyunda qol vurmağımız futbolumuzun inkişafda olduğunu göstərir”
# 07 iyun 2007 11:52 (UTC +04:00)
“Qazaxıstanla oyunda əsas heyətdə meydana çıxaraq, qol vurmaqla baş məşqçi Şahin Diniyevin etimadını doğrultdum”. Bu sözləri “APA-Sport” agentliyinə açıqlamasında milli komandamızın 20 yaşlı hücumçusu Vüqar Nadirov bildirib. Qazaxıstanla 1:1 hesabı ilə başa çatan səfər oyununda hesabı açan V. Nadirov qələbə qazanmalı olduğumuzu qeyd edib: “Polşa ilə Bakıdakı oyunda meydana çıxmayaraq, ehtiyatda qaldım. Belə olan halda Qazaxıstanla səfər oyununda əsas heyətdə meydana çıxacağımı gözləyirdim. Əsas heyətdə meydana çıxıb qol vurmaqla, mənə bəslənilən ümidləri doğrultdum. Düzdür, qol vurmaq üçün başqa imkanlarım olsa da, bundan istifadə edə bilmədim. Bunu həm bəxtsizlik, həm də təcrübəsizliklə əlaqələndirirəm. Komandamızın hesabda irəli və meydanda say üstünlüyünə malik olduğu halda, qələbəni əldən verməsindən təəssüfedici oldu. Bunu həm futbolçuların Polşa ilə oyunda yorğunluğu, həm də arxayınlaşma ilə əlaqələndirərdim. Qələbə qazanmalı olduğumuz halda, bu imkanı özümüz əldən verdik. Qazaxıstanla oyunda qismətimiz bir xal qazanmaq imiş”.
Qeyd edək ki, “Xəzər-Lənkəran” klubunda çıxış edən V. Nadirov Qazaxıstanla oyunda vurduğu qolla tarixə düşüb. Belə ki, indiyədək milli komandamız ən yaxşı halda ardıcıl iki rəsmi oyunda qol vurub. Bu, 1996-cı il Avropa çempionatının seçmə mərhələsində Slovakiya və Rumıniyaya 1:4 hesabı ilə uduzduğumuz və 2004-cü il Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Serbiya ilə heç-heçə etdiyimiz (2:2), Finlandiyaya məğlub olduğumuz (1:2) oyunlarda olub. V. Nadirov Qazaxıstanla görüşədək ardıcıl üç rəsmi oyunda qol vurmamağımız haqda məlumatı olduğunu söyləyib: “Bu statistik göstərici baxımdan həm özümün, həm də millimizin tarixə düşdüyünə görə sevinirəm. Ardıcıl üç rəsmi oyunda qol vurmağımız futbolumuzun inkişafda olduğunu göstərir”. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR