Bank Of Baku

Vaqif Sadıqov: “Azərbaycan millisi Qazaxıstanla oyunda bir xal qazanmadı, iki xal itirdi”

Vaqif Sadıqov: “Azərbaycan millisi Qazaxıstanla oyunda bir xal qazanmadı, iki xal itirdi”
# 07 iyun 2007 14:08 (UTC +04:00)
“Qazaxıstanla səfər oyununda bir xal qazanmadıq, iki xal itirdik”. Bu sözləri “APA-Sport” agentliyinə açıqlamasında milli komandamızın sabiq baş məşqçisi Vaqif Sadıqov deyib. V.Sadıqov Azərbaycan yığmasının 15 illik tarixində rəsmi oyunlarda ilk səfər qələbəsini əldən verdiyini bildirib: “Qazaxıstanla səfər matçında buna çox yaxın idik. Təəssüf ki, bu şansdan istifadə edə bilmədik. Əlbəttə, bunun həm obyektiv, həm də subyektiv səbəbləri var. Polşa ilə oyunda yorğunluq və heyətdəki itkilər böyük təsir göstərdi. Millinin baş məşqçisi bu oyunla müqayisədə Qazaxıstanla matçda əsas heyətdə dörd dəyişiklik etdi. Hesab edirəm ki, bəzi futbolçuların təcrübəsizliyi də öz sözünü dedi”.
Qeyd edək ki, Qazaxıstan millimizlə oyunun böyük hissəsini azlıqda keçirməsinə baxmayaraq, hesabı bərabərləşdirərək, məğlubiyyətdən yaxa qurtula bilib. V.Sadıqov qapımıza vurulan qol epizodunda millinin kapitanı Aslan Kərimovun buraxdığı səhvi daha çox zədə ilə bağlayıb: “Aslan Kərimovun zədə alması öz sözünü dedi. Xal itkisinə baxmayaraq, millimizin oyunu ümid verir. Qazaxıstanla görüşdə ilk dəqiqələrdə oyuna diqtə edərək, rəqibi bizimlə hesablaşmağa məcbur etdik. Mübariz milli komandamız formalaşır”. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR