Bank Of Baku

Qazaxıstanla oyunda topu öz qapımızdan keçirən Samir Abbasov bunda təkcə özünü günahkar saymır

Qazaxıstanla oyunda topu öz qapımızdan keçirən Samir Abbasov bunda təkcə özünü günahkar saymır
# 07 iyun 2007 14:09 (UTC +04:00)
“Qazaxıstan yığmasının oyunçusu Ruslan Baltiyevin qapımıza doğru zərbəsi istənilən kimi alınmadı. Yəqin ki, onun zərbəsindən sonra top ayağıma dəyməsəydi, qapımızdan keçməyəcəkdi”. Bu sözləri “APA-Sport” agentliyinə açıqlamasında milli komandamızın 29 yaşlı müdafiəçisi Samir Abbasov deyib. S. Abbasov ikinci hissənin əvvəlində baş verən bu epizoda görə çox üzüldüyünü söyləyib: “Həmin epizodda mənim yerimə başqa futbolçu da ola bilərdi. Bu xoşagəlməz olay hər bir futbolçunun başına gələ bilər. Təbii ki, topun ayağıma dəyərək qapımızdan keçməsini istəməzdim. Arxa xətdə bir yerdə çıxış etdiyim sol cinah müdafiəçisi Ramin Quliyev rəqibə çatmadığından, zərbənin qarşısını mən aldım. Bu da sonda qolla nəticələndi”. S. Abbasov qapımızdan buraxılan qolda təkcə özünün günahkar hesab etmir: “Qapımıza vurulan qolda hər üç müdafiənin səhvi oldu. Müdafiənin sağ cinahında çıxış edən Aslan Kərimov rəqibin qapı qarşısına ötürməsinin qarşısını ala bilmədi. Düzdür, Aslanın zədə almasını nəzərə almaq lazımdır. O, qapımıza vurulan qoladək əzələsini dartmışdı. Bununla belə, ağrılara dözərək, oyunu davam etdirirdi. Oyunun çox hissəsini meydanda say üstünlüyü şəraitində keçirsək də, qələbə hesabını qoruya bilməməyimiz təəssüf doğurur. Millinin tarixində ilk dəfə idi ki, səfərdə xal qazandığımız halda, buna sevinmədik, əksinə, çox üzüldük”. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR