Bank Of Baku

Vaqif Sadıqov: “Ermənistanın bizimlə oyun öncəsi son iki matçda qələbə qazanmasını psixoloji üstünlük saymıram”

Vaqif Sadıqov: “Ermənistanın bizimlə oyun öncəsi son iki matçda qələbə qazanmasını psixoloji üstünlük saymıram”
# 07 iyun 2007 14:09 (UTC +04:00)
“Ermənistanın bizimlə oyun öncəsi son iki matçda qələbə qazanmasını psixoloji üstünlük saymıram”. Bu sözləri “APA-Sport” agentliyinə açıqlamasında milli komandamızın sabiq çalışdırıcısı, hazırda Sumqayıtın “Gənclərbirliyi” klubunun vitse-prezident postunu tutan Vaqif Sadıqov bildirib. V.Sadıqov AFFA Məşqçilər Şurasının üzvü kimi milli komandamızın seleksiyaçı-məşqçisi Nazim Süleymanovla birə Qazaxıstana yollanaraq bu ölkənin millisinin həm Ermənistan, həm də Azərbaycanla oyununu izləyib: “Ermənistan Qazaxıstanı səfərdə məğlub etsə də, heç də yaxşı təsir bağışlamadı. Buna görə də Ermənistanın öz meydanında Polşa üzərində qazandığı qələbə mənim üçün gözlənilməz oldu. Fikrimcə, Polşa Ermənistanla oyunda saymazlığının qurbanı olub. Qrupumuzda növbəti oyunumuzun Ermənistanla olmasına baxmayaraq, rəqibin ardıcıl qələbə qazanmaqla psixoloji baxımdan üstünlük qazandığını düşünmürəm. Ermənistan yenicə qələbə qazanmağa, qol vurmağa başlayır. Ermənilərlə görüşdə onlardan hər bir cəhətdə üstün olduğumuzu göstərməliyik. Ermənistan millisi ilə bağlı qeydlərini aparan Nazim Süleymanov bununla bağlı milimizin baş məşqçisi Şahin Diniyevlə fikir mübadiləsi aparacaq”.
Qeyd edək ki, sentyabrın 8-də və 12-də qarşılaşacağımız Ermənistan bir oyun az keçirdiyi millimizi iki xal qabaqlayır. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR