Bank Of Baku

Migel Anhel Moratinos Azərbaycan və Ermənistanın futbol yığmaları arasında oyunların İspaniyada keçirilməsi təklifi ilə çıxış edib

Migel Anhel Moratinos Azərbaycan və Ermənistanın futbol yığmaları arasında oyunların İspaniyada keçirilməsi təklifi ilə çıxış edib
# 07 iyun 2007 15:28 (UTC +04:00)
APA-Sport” agentliyinin “Radio Rossiya”ya istinadən verdiyi məlumatına görə, bu təklifi İspaniyanın xarici işlər naziri Migel Anhel Moratinos iyunun 4-də Bakıya, ertəsi gün isə İrəvana səfəri zamanı irəli sürüb. Nazir Azərbaycan və Ermənistan rəsmiləri ilə görüşündə Azərbaycan-Ermənistan qarşılaşmalarını İspaniyada təşkil etməyə hazır olduqlarını bəyan edib. M. A. Moratinos, həmçinin, dünən UEFA prezidenti Mişel Platini ilə telefon söhbətində təklifini onun diqqətinə çatdırıb.
İspaniya Xarici İşlər Nazirliyindən məlumatı təsdiqləyiblər. Nazirlikdən “APA-Sport” agentliyinə M.A.Moratinosun Bakı və İrəvana səfər zamanı həqiqətən belə təkliflə çıxış etdiyi bildirilib. Həmçinin, nazirin UEFA prezidenti Mişel Platini ilə telefon danışığında Azərbaycan-Ermənistan oyunlarının İspaniyada təşkil olunmasını müzakirə etdiyi təsdiqlənib.
Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) prezidenti Ramiz Mirzəyev “APA-Sport” agentliyinə açıqlamasında İspaniya xarici işlər nazirinin irəli sürdüyü təklif haqqında danışmaq istəməyib: “Bu barədə danışmaq istəmirəm. Ermənistanla harda qarşılaşacağımızla bağlı yekun qərar UEFA-nın iyunun 22-də keçiriləcək toplantısında çıxarılacaq. Biz həmin qərara münasibətimizi sonra bildirəcəyik”.
AFFA-nın baş katibi Fuad Əsədov isə Azərbaycan yığmasının İspaniyada oynamağa hazır olduğunu deyib: “İspaniya xarici işlər nazirinin təklifi barədə xəbəri İnternetdən oxumuşam. Bizim üçün ermənilərlə harada görüşməyimizin fərqi yoxdur. İstər İsveçrə olsun, istər Avstriya, istərsə də İspaniya... Təki seçmə matçlar Azərbaycanla Ermənistana təyin edilməsin”.
Qeyd edək ki, Azərbaycanla Ermənistan arasında oyunlar bu il sentyabrın 8-də və 12-də keçiriləcək. AFFA görüşlərin neytral meydanda oynanılması istəyir. Bu məqsədlə AFFA bir müddət öncə UEFA-ya göndərdiyi məktubda neytral ölkə kimi İsveçrə, Avstriya və Ukraynanı göstərib. Ermənistan Futbol Federasiya isə matçların Bakıda və İrəvanda keçirilməsində təkid edir. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR