Bank Of Baku

Ramin Quliyev “Neftçi” ilə bir illik müqavilə imzalayıb

Ramin Quliyev “Neftçi” ilə bir illik müqavilə imzalayıb
# 08 iyun 2007 08:46 (UTC +04:00)
Futbol üzrə Azərbaycanın milli komandasının 26 yaşlı sol cinah müdafiəçisi Ramin Quliyevin “Neftçi” klubuna keçidi rəsmiləşib. Bu haqda “APA-Sport” agentliyinə məlumat verən R. Quliyev vaxtilə şərəfini qoruduğu “Neftçi” ilə artıq müqavilə bağladığını bildirib: “Neftçi” ilə bir illik müqavilə imzaladım. Amma anlaşmanın müddətinin uzadılması da mümkündür. Hər şey yaxşılığa doğru getsə, qarşıdakı mövsümün ortasında müqavilənin müddətini artırmaq istəyirəm”. Ötən ildən onunla maraqlanan “İnter”lə müqavilə imzalamaq ərəfəsində olduğunu söyləyən R. Quliyev son anda “Neftçi”yə üstünlük verdiyini bildirib: ““İnter” daha çox pul təklif etsə də, həyatda elə şeylər var ki, pulla ölçülmür. Hər halda “Neftçi” futbolumuzun flaqmanıdır”.
Qeyd edək ki, R.Quliyev 2004-cü ildən “Bakı”da çıxış edərək, bu klubun heyətində həm Azərbaycan çempionu olub, həm də Azərbaycan kubokunu qazanıb. Millinin müdafiəçisi “Bakı”dan gedişinin səbəbini isə belə izah edib: ““Bakı”da maddi məsələlər aşağı idi. Həm də artıq bu klubda gəncləşdirmə siyasəti aparılır. Bütün bunlar “Bakı”nı tərk etməyimə gətirib çıxardı. Ancaq gələcəkdə yenidən “Bakı”da oynamağım mümkündür”. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR