Bank Of Baku

Aleksandr Çertoqanov: “Məni ermənilərlə harada oynamaq yox, Azərbaycana uğur qazandırmaq maraqlandırır”

Aleksandr Çertoqanov: “Məni ermənilərlə harada oynamaq yox, Azərbaycana uğur qazandırmaq maraqlandırır”
# 08 iyun 2007 09:30 (UTC +04:00)
“Qazaxıstana yollanarkən heç-heçə yaxşı nəticə hesab olunurdu. Ancaq səfər oyununda baş verənləri nəzərə alsaq, qazandığımız bir xal qənaətbəxş sayıla bilməz”. Bu sözləri “APA-Sport” agentliyinə açıqlamasında futbol üzrə Azərbaycanın milli komandasının və “Neftçi” klubunun 27 yaşlı ukraynalı yarımmüdafiəçisi Aleksandr Çertoqanov deyib. A. Çertoqanov Azərbaycan millisinin son iki oyunda istədiyinə nail ola bilməməsini təcrübəsizliklə əlaqələndirib: “Həm Polşa, həm Qazaxıstanla görüşlərdə hadisələr eyni məcrada cərəyan etdi. Oyunda hesabı biz açaraq, fasiləyə üstün durumda yollanırıq. Ancaq ikinci hissədə qapımızdan top buraxaraq, qələbəni əldən veririk. Özü də Qazaxıstanla oyunda qolu rəqibdən sayca üstün olduğumuz halda buraxdığımızı nəzərə alsaq, qazandığımız bir xal sevindirici sayılmamalıdır. Yenə də beynəlxalq oyun təcrübəmizin azlığı öz sözünü deyir. Həm də hesabda irəli olduğumuz vaxt müdafiə olunmaq yox, ikinci qolu vuraraq, üstünlüyümüzü artırmaq haqda düşünməliyik”. A. Çertoqanov ermənilərlə qarşıdakı oyunlarla bağlı nikbin fikirdə olduğunu söyləyib: “Azərbaycanla Ermənistanın yığma komandaları səviyyəcə bərabərdir. Bu prinsipial oyunlarda çox şey kimin qələbə qazanmağı daha çox istəməyindən asılı olacaq. Məni ermənilərlə oyunların harada keçirilməsi yox, onlara qarşı yaxşı oyun nümayiş etdirib, Azərbaycana uğur qazandırmaq maraqlandırır”. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR