Bank Of Baku

Azərbaycan futbol yığmasının qapıçısı Fərhad Vəliyev “İnter”lə yollarını ayırıb

Azərbaycan futbol yığmasının qapıçısı Fərhad Vəliyev “İnter”lə yollarını ayırıb
# 08 iyun 2007 12:22 (UTC +04:00)
Futbol üzrə Azərbaycan milli komandasının 27 yaşlı qapıçısı Fərhad Vəliyev iki ildir çıxış etdiyi “İnter” klubu ilə yollarını ayırıb. Bu haqda “APA-Sport” agentliyinə məlumat verən F.Vəliyevin sözlərinə görə, bunun səbəbi maliyyə məsələləridir: “İnter”də çıxışımı davam etdirmək istərdim. Klubda iki illik çıxışımı uğurlu sayıram, milliyə də məhz bu klubdan dəvət almışam. Ancaq “İnter” rəhbərliyi ilə görüşümüzdə yeni müqavilənin müzakirəsi zamanı maddi məsələlərdə razılığa gələ bilmədik. Belə olan halda, “İnter”lə başa çatan müqavilənin müddətini uzadası olmadım”. F.Vəliyev Ağdamın “Qaraba𔝠klubuna keçidinin daha real olduğunu söyləyib: “Qarabağ”ın rəhbərliyi ilə ilkin söhbətimiz olub. Hazırda Türkiyədə olan “Qarabağ”ın baş məşqçisi Rasim Karanın Bakıya qayıdışını gözləyirik. Digər variant adını açıqlamaq istəmədiyim əyalət klubudur. Ancaq bu kluba keçidim ciddi müzakirə olunmayıb”. F.Vəliyev Azərbaycanın hüdudlarından kənarda çıxış etmək variantı barədə düşünmədiyini bildirib: “Rusiyada çıxış etmək variantı var idi. Bu ölkənin həm premyer-liqa, həm də birinci dəstə klubundan təkliflər olub. Millinin heyətində oyunumu görüb bəyənmişdilər. Ancaq ailə məsələlərinə görə Azərbaycandan kənarda çıxış etmək istəmirəm”. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR