Bank Of Baku

Cahangir Həsənzadə “Qaraba𔝠klubunu tərk edib

Cahangir Həsənzadə “Qaraba𔝠klubunu tərk edib
# 08 iyun 2007 15:45 (UTC +04:00)
““Qaraba𔝠klubunun rəhbərliyi ilə yeni müqavilənin müzakirəsi nəticəsiz qaldı. Belə olan halda klubla imzaladığım müqavilənin müddətinin başa çatmasını gözləyirəm”. Bu sözləri “APA-Sport” agentliyinə açıqlamasında Ağdamın “Qaraba𔝠klubunun və Azərbaycan futbol yığmasının 28 yaşlı qapıçısı Cahangir Həsənzadə deyib. İyunun 30-da “Qarabağ”la müqaviləsinin müddətinin başa çatacağını söyləyən C.Həsənzadə yalnız bundan sonra yeni klubla rəsmi müqavilə imzalaya biləcəyini bildirib. O, “Qarabağ”ı maddi məsələlərdə rəhbərliklə razılığa gələ bilmədiyinə görə tərk etdiyini də vurğulayıb. C.Həsənzadə karyerasını hansı klubda davam etdirəcəyinə gələn həftə aydınlıq gələcəyini söyləyib: “Adını açıqlamaq istəmədiyim bir neçə klubdan təklif alsam da, hələ götür-qoy eləməmişəm. Mənimlə maraqlanan klublardan bir həftə möhlət istəmişəm. Təklif göndərən klublar arasında həm paytaxt, həm də əyalət təmsilçiləri var. Ailə vəziyyətimlə əlaqədar Bakıda çıxış etmək mənə daha rahat olduğundan, seçim zamanı paytaxt klubuna üstünlük verəcəyəm”.
Qeyd edək ki, C.Həsənzadə iki ildir, çıxış etdiyi “Qarabağ”ın heyətində ötən il Azərbaycan kubokunu qazanıb. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR