Bank Of Baku

Tovuz icra hakimiyyətinin başçısı bu gün “Turan” klubunun rəhbərliyi ilə görüşəcək

Tovuz icra hakimiyyətinin başçısı bu gün “Turan” klubunun rəhbərliyi ilə görüşəcək
# 09 iyun 2007 11:24 (UTC +04:00)
Bu gün Tovuzun icra hakimiyyəti başçısı Tofiq Zeynalov “Turan” klubunun rəhbərliyi ilə görüşəcək. Bu haqda “APA-Sport” agentliyinə məlumat verən komandanın vitse-prezidenti Yaşar Sultanovun sözlərinə görə, görüşdə “Turan”ın gələcək taleyinə aydınlıq gətiriləcək. Şəxsi problemlər ucbatından Y. Sultanov özü tədbirdə iştirak etməyəcəyini bildirib: “Mən hazırda Bakıdayam. Şəxsi problemlər üzündən Tovuza gedə bilmədim. Buna baxmayaraq, “Turan” klubunun İdarə Heyətinin bütün üzvləri görüşdə iştirak edəcəklər. Tədbir günün ikinci yarısında, yəqin ki, axşam saatlarında olacaq. Bu toplantıda klubumuzun gələcəyi ilə bağlı bir sıra məsələlər öz həllini tapacaq”. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR