Bank Of Baku

“Karvan” klubuna yeni baş məşqçisi təyin olunub

“Karvan” klubuna yeni baş məşqçisi təyin olunub
# 11 iyun 2007 08:45 (UTC +04:00)
Yevlaxın “Karvan” klubu baş məşqçi məsələsini həll edib. “APA-Sport” agentliyinin məlumatına görə, Təbriz Həsənov sabiq baş məşqçisi Y. Hüseynovla yollarını ayıran “Karvan”a yeni baş məşqçi təyin olunub. T. Həsənov “Karvan”da üç il məşqçi işləyib, Y. Hüseynovun əsas köməkçisi olub. “Karvan”ın 40 yaşlı yeni baş məşqçisi futbolçu karyerası dövründə Ağdamın “Qarabağ”, Bakının “Neftçi” və “ANS-Pivani” klublarında çıxış edib. 1992-ci ildə Y. Hüseynovla birgə “Neftçi”nin heyətində Azərbaycan çempionu olan T. Həsənov “ANS-Pivani”də də onunla çiyin-çiyinə oynayıb.
Qeyd edək ki, T. Həsənov sonuncu çempionatın sonuna yaxın “Karvan”la yollarını ayırmışdı. “Karvan”la növbəti mövsümün sonunadək anlaşan yeni çalışdırıcı A kateqoriyasına malik azsaylı mütəxəssislərimizdəndir, o bu məşqçilik dərəcəsini Ukraynanın paytaxtı Kiyevdə Y.Hüseynovla birgə alıb.
Qeyd edək ki, T.Həsənov 2004-cü ildə yaranan “Karvan” klubunun Y.Hüseynov və türkiyəli mütəxəssis Fuad Yamandan sonra üçüncü baş məşqçisidir. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR