Bank Of Baku

“Neftçi” beş futbolçu ilə müqaviləni uzatmayıb, Vladimir Miçoviçi isə transferə çıxarıb

“Neftçi” beş futbolçu ilə müqaviləni uzatmayıb, Vladimir Miçoviçi isə transferə çıxarıb
# 11 iyun 2007 09:49 (UTC +04:00)
“Neftçi” klubunun baş məşqçisi Qurban Qurbanov yollarını ayırdığı futbolçuların adını açıqlayıb. Q. Qurbanov “APA-Sport” agentliyinə verdiyi açıqlamada müdafiəçilər Aftandil Hacıyev, Ruslan Abbasov, Mahir Şükürov, yarımmüdafiəçi Elçin Rəhmanov və hücumçu Fərrux İsmayılovla vidalaşdıqlarını qeyd edib. “Neftçi” müqaviləsi başa çatan bu beş futbolçu ilə yeni anlaşma imzalamayıb. Onların arasında R. Abbasovla E. Rəhmanov “Neftçi”nin heyətində Azərbaycan çempionluğunu qazanaraq, ölkə kubokuna da sahib çıxıb.
Q. Qurbanov serbiyalı qapıçı Vladimir Miçoviçlə də yollarını ayırmaq haqda qərar çıxardıqlarını bildirib. Qeyd edək ki, adı çəkilən beş oyunçudan fərqli olaraq, V.Miçoviç “Neftçi”ni sərbəst futbolçu kimi tərk edə bilməyəcək. Belə ki, Azərbaycan çempionatında çıxış edən legionerlərə qoyulan limitə görə transferə çıxarılan V.Miçoviç “Neftçi” ilə hələ bir illik müqaviləsi olduğundan, onu heyətinə cəlb etmək istəyən klub danışıqlar aparmalıdır. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR