Bank Of Baku

Azərbaycan futbol yığmasının qapıçısı Fərhad Vəliyev “Qarabağ”la bir illik müqavilə imzalayıb

Azərbaycan futbol yığmasının qapıçısı Fərhad Vəliyev “Qarabağ”la bir illik müqavilə imzalayıb
# 11 iyun 2007 11:24 (UTC +04:00)
Futbol üzrə Azərbaycan milli komandasının 27 yaşlı qapıçısı Fərhad Vəliyevin Ağdamın “Qaraba𔝠klubuna keçidi rəsmiləşib. Bu haqda “APA-Sport” agentliyinə məlumat verən F.Vəliyev “Qarabağ”la bir illik müqavilə bağladığını bildirib. Son iki ili “İnter”də keçirən F.Vəliyev bir sıra iddialı klubun onu heyətində görmək istəməsinə baxmayaraq, “Qarabağ”a üstünlük verdiyini qeyd edib: “Düzgün qərar qəbul etdiyimi düşünürəm. Seçimdə yanılmadığıma, ilk çempionluğumu “Qarabağ”ın heyətində qazanacağıma inanıram”.
Qeyd edək ki, son iki ildə “Qarabağ”ın əsas qapıçısı F.Vəliyevlə milli komandada bir yerdə çıxış edən Cahangir Həsənzadə olub. “Qaraba𔝠C.Həsənzadə ilə başa çatan müqavilənin müddətini uzatmayaraq, onunla yollarını ayırıb.
Qeyd edək ki, “Qarabağ”in F.Vəliyevədək ilk transferi İmişlinin “MKT-Araz” klubunu tərk edən 22 yaşlı hücumçu Murad Ağakişiyev olub. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR