Bank Of Baku

Georgi Nikolov “Şəfa” İdman-Sağlamlıq Mərkəzinin direktorunun dəyişdirilməsi barədə məlumatı təkzib edir

Georgi Nikolov “Şəfa” İdman-Sağlamlıq Mərkəzinin direktorunun dəyişdirilməsi barədə məlumatı təkzib edir
# 11 iyun 2007 13:04 (UTC +04:00)
“Şəfa” İdman-Sağlamlıq Mərkəzinin rəhbərliyində dəyişiklik baş verməyib. Bu barədə “APA-Sport” agentliyinə açıqlamasında “İnter” klubunun bolqarıstanlı prezidenti Georgi Nikolov məlumat verib. G.Nikolov 15 illiyə icarəyə götürdükləri “Şəfa” İdman-Sağlamlıq Mərkəzinə (İSM) yeni direktor təyin etmələri ilə bağlı yayılan məlumatı təsdiqləməyib: “Mətbuatda “Səfa” İSM-in direktoru Elman Hüseynovun vəzifəsində çıxarılaraq, onun Ruslan Aslanovla əvəzlənməsi ilə bağlı yer alan informasiya doğru deyil. Elman Hüseynov hazırda da vəzifəsini icra edir”. G.Nikolov klubun idman direktoru Alı Alıyevin məsələsinin isə hələ də açıq qaldığını söyləyib: “Alı Alıyevin “İnter”lə hələ bir illik müqaviləsi var, o, klubdan hələ ayrılmayıb. Alı Alıyevin “İnter”dəki gələcək taleyini götür-qoy edirik”. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR