Bank Of Baku

Təbriz Həsənov: “Yunis Hüseynovdan sonra “Karvan”da baş məşqçi işləməyin asan, yaxud çətin olduğunu zaman göstərəcək”

Təbriz Həsənov: “Yunis Hüseynovdan sonra “Karvan”da baş məşqçi işləməyin asan, yaxud çətin olduğunu zaman göstərəcək”
# 11 iyun 2007 15:34 (UTC +04:00)
”Karvan” klubunun rəhbərliyi tərəfindən 1 illik müqaviləni baş direktor İslam Aslanov imzalayıb. Bununla belə, İ. Aslanov gələcəkdə müqavilənin müddətinin uzadılmasının mümkünlüyünü bildirib: “Təbriz Həsənovla müqavilənin müddətini gələcəkdə uzatmağı düşünürük. O, üç il klubumuzda məşqçi kimi çalışıb, həmin vaxt onun baş məşqçi kimi işləyə biləcəyinin şahidi olmuşuq. Çempionat başa çatandan sonra Təbriz Həsənovu danışıqlara dəvət etdik, o da təklifimizi qəbul etdi, danışıqlarımız müsbət nəticələndi”. İ. Aslanov komandanın baş məşqçisi postuna T. Həsənovdan başqa namizədin olmadığını deyərək, “Karvan”ın sabiq baş məşqçisi Yunis Hüseynovla əməkdaşlığın davam etdirilməməsinə da aydınlıq gətirib: “Yunis Hüseynovla başa çatan müqavilənin uzadılması ilə bağlı ümumi razılığa gələ bilmədik. İnşallah, Təbriz Həsənovun rəhbərliyi altında “Karvan” qarşıdakı mövsümdə daha yaxşı çıxış edəcək. Əvvəlki üç mövsümdə olduğu kimi, yüksək yerlər uğrunda mübarizə aparmaq baş məşqçinin qarşısına vəzifə kimi qoyulub. Konkret olaraq ilk beşlikdə yer almaq fikrindəyik”.
T.Həsənov isə baş məşqçi kimi debütündən çəkinməyərək, ötən çempionatının sonuna yaxın klubdan ayrılmasını belə izah verib: “Ötən çempionatının sonuna yaxın bəzi problemlərim olduğundan rəhbərlikdən icazə almışdım. Lakin “Karvan”nın üzvü kimi, maaşımı alırdım. İki ay ərzində problemlərimi həll etdim və gördüyünüz kimi, fəaliyyətimi yenidən “Karvan”da davam etdirirəm. Üç ildir, işlədiyim “Karvan” mənə yaxşı tanışdır. Baş məşqçi kimi işimin öhdəsindən gəlməyə özümdə güc hiss edirəm, komandamızın yüksək yerlər tutmağına çalışacağam. Yunis Hüseynovdan sonra “Karvan”da baş məşqçi işləməyin asan, yaxud çətin olduğunu zaman göstərəcək”. T.Həsənov köməkçiləri ilə bağlı məsələyə yaxın günlərdə aydınlıq gələcəyini söyləyib: “Yunis Hüseynovun dövründə “Karvan”ın yaxşı çıxış etməsində köməkçilərinin də rolu olub. Mən də yaxşı köməkçilərimin olmasına çalışacağam. Nəzərimdə bir neçə məşqçi var və bu məsələyə yaxın günlərdə aydınlıq gələcək. İndiyədək klubda köməkçi məşqçi işləmiş Zakir Mahmudovun qalıb-qalmayacağı isə hələ dəqiqləşməyib. Gedənlərin əvəzinə heyətə yeni futbolçular cəlb edəcəyik. “Karvan”a 5-6 gənc, perspektivli futbolçu cəlb etməyi düşünürəm. Bununla, həm də qarşıdakı illərdə yığma komandalar üçün oyunçu yetişdirməyə çalışacağam”.
Qeyd edək ki, bu gün həm də “Karvan” klubunun 3 yaşı tamam olur. /APA-Sport
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR