Bank Of Baku

Azərbaycanla Makedoniya arasında yoldaşlıq görüşünün keçirilməsi üçün AFFA bu ölkənin futbol qurumuna rəsmi məktub göndərib

Azərbaycanla Makedoniya arasında yoldaşlıq görüşünün keçirilməsi üçün AFFA bu ölkənin futbol qurumuna rəsmi məktub göndərib
# 11 iyun 2007 15:47 (UTC +04:00)
Futbol üzrə Azərbaycan milli komandası avqustun 22-də beynəlxalq yoldaşlıq görüşü çərçivəsində Makedoniya ilə qarşılaşa bilər. Bu haqda “APA-Sport” agentliyinə məlumat verən AFFA-nın Milli Komandalar Departamentinin rəisi Bəhruz Əsgərovun sözlərinə görə, bununla bağlı bu gün Makedoniya Futbol Federasiyasına məktub göndərilib: “Makedoniya Futbol Federasiyası ilə danışıqlara başlamışıq. Bu gün makedoniyalılara göndərdiyimiz məktubda onları Bakıda qəbul etmək istədiyimizi bildirmişik”. B. Əsgərov Makedoniyadan müsbət cavab alınmayacağı təqdirdə, Çernoqoriya və ya İordaniya ilə danışıqlar aparılacağını deyib: “Makedoniya Çernoqoriya və İordaniya ilə müqayisədə daha güclü komandadır. Bu baxımdan öncə makedoniyalılara müraciət ünvanladıq. Razılıq əldə olunmasa, Çernoqoriya və ya İordaniyanı paytaxtımıza dəvət edəcəyik. İstənilən halda, avqustun 22-də rəqibi evdə qəbul etmək niyyətindəyik”.
Qeyd edək ki, az öncə AFFA-nın Litva Futbol Federasiyası ilə apardığı danışıqlar nəticəsiz qalıb. Azərbaycan milli komandasının avqustun 22-də keçirəcəyi beynəlxalq yoldaşlıq matçı Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində Ermənistanla oyuna hazırlıq xarakteri daşıyacaq. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR