Bank Of Baku

“Karvan” əsas heyətinin bir neçə oyunçusunu itirib

“Karvan” əsas heyətinin bir neçə oyunçusunu itirib
# 11 iyun 2007 16:24 (UTC +04:00)
Yevlaxın “Karvan” klubu yeni mövsümə hazırlığın son mərhələsini Türkiyədə keçəcək. “APA-Sport” agentliyinin məlumatına görə, Türkiyəyə təlim-məşq toplanışına iyulun 15-dən sonra yollanmağı planlaşdıran komanda yeni çempionatın başlanmasına bir həftə qalmış Azərbaycana qayıdacaq. İyunun 20-də bir araya gələcək “Karvan” hazırlığın ilk mərhələlərini isə Bakıda keçirməyi planlaşdırır. “Karvan”ın sıralarını tərk edən Yakuba Bamba, Nazar Bayramov, Kamal Quliyev, Cəmşid Məhərrəmov, Nakim Vəliyev istisna olmaqla, komanda digər futbolçuları saxlamaq niyyətindədir. Yevlaxlılar əsas müdafiəçilərindən sayılan gürcüstanlı Aleksandr İntskirveli ilə başa çatan müqavilənin müddətini artırmaq yönündə danışıqlar apararaq, bunu müsbət həll etmək fikrindədir. Digər gürcüstanlı futbolçu Qoça Trapaidze ilə başa çatan müqavilənin müddətinin uzadılması ilə bağlı isə artıq razılıq əldə olunub, Roman Axalkatsi ilə bağlı da analoji addımın atılacağını gözlənilir. Azərbaycan milli komandasında da çıxış edən braziliyalı müdafiəçi Ernani Pereyranın müqavilə müddətinin uzadılacağı isə az inandırıcı görünür. Qeyd edək ki, “Karvan” Elxan Həsənovu saxlamaq istəməsinə baxmayaraq, 40 yaşlı qapıçı da klubunu dəyişmək fikrindədir. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR