Bank Of Baku

“Masallı” klubu futbol üzrə Azərbaycan çempionatının qızıl medallarını qazanıb

“Masallı” klubu futbol üzrə Azərbaycan çempionatının qızıl medallarını qazanıb
# 12 iyun 2007 08:28 (UTC +04:00)
Futbol üzrə Azərbaycan çempionatının I dəstəsinin oyunlarına yekun vurulub. “APA-Sport” agentliyinin məlumatına görə, çempionatın final mərhələsinin son turunda “Masallı” - “ABN-Bərdə” və “Anşad-Petrol” - “Bakılı” qarşılaşmaları baş tutmayıb. Qonaq komandalar güclülər dəstəsinə vəsiqə qazanmaq şanslarını itirdiklərindən səfərə çıxmağı məqsədəuyğun saymayıb. Belədə, çempionatın 10-cu turu çərçivəsində cəmi bir matç keçirilib. Qazaxın “Göyəzən” klubu çempionatın lideri “Standard-Bakı”nı qəbul edib. Ev sahibləri 68-ci dəqiqəyədək rəqib qapısına 4 qol vurub. “Standard-Bakı”nın hücumları isə son 18 dəqiqədə bəhrəsini verib. Paytaxt komandası Rəhman Musayev, Rüfət Balakişiyev və Həsən Ağakişiyevin qolları sayəsində hesab arasındakı fərqi minimuma endirsə, məğlubiyyətdən yaxa qurtara bilməyib. Bununla da, “Masallı” yarışın qızıl medallarını qazanıb. Çempionluğun rəsmiləşməsi üçün AFFA Nizam-İntizam Komitəsinin “ABN-Bərdə” və “Bakılı” klublarına texniki məğlubiyyət verməsi lazımdır. Çempionatın yekunlarına əsasən, “Masallı” və “Standard-Bakı” klubları yüksək dəstədə oynamaq hüququ qazanıb. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR